15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu 99 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların sayı 495 ədəd, hər birinin nominal dəyəri 200 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.