İsveçrənin ən byöük bankı – «Credit Suisse» İsveçrə Milli Bankından 50 milyard İsveçrə frankı (təxminən 53,7 milyard dollar) borc alacağını bildirib.
Zavod qiyməti 3000 dollar, mağaza qiyməti 7500 dollardır - İsveçrə saatlarının - SATIŞI REKORD VURUB
Avropanın ən varlı ölkəsi xaricdən işçilər axtarır – PEŞƏLƏR, MAAŞLAR
FED.az xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.
Martın 15-də Credit Suisse səhmləri ilk dəfə olaraq 2 İsveçrə frankından aşağı düşərək 24,2% dəyər itirdi. Bundan sonra İsveçrə Milli Bankı (SNB, ölkənin mərkəzi bankı) və İsveçrə maliyyə tənzimləyicisi (FINMA) Credit Suisse-ə yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl amerikalı investor, maliyyə şərhçisi və ən çox satılan “Varlı Ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosaki bildirib ki, Credit Suisse Amerika Silikon Vadisi Bankının (SVB) dağılmasından sonra növbəti dəfə müflis olacaq.
Credit Suisse İsveçrənin ikinci ən böyük bankıdır və Avropanın ən qədim banklarından biridir.