Beynəlxalq daşımalar ilə məşğul olan “Militzer & Münch” İsveçrə şirkətinin Azərbaycandakı nümayəndəliyi “M&M Militzer & Münch Baku LTD” MMC müflis elan olunub.
Eləcə də bax:
FED.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə müflis elan edilib.
“M&M Militzer & Münch Baku LTD” MMC ilə əlaqəsi olan bütün borclu və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər.
Qeyd edək ki, 2001-ci ildə dövlət qeydiyyatına alınmış və 50 min manat nizamnamə kapitalı olan “M&M Militzer & Münch Baku LTD” MMC-nin qanuni təmsilçisi Fərrux Axundovdur.