İsveçrə saatlarının məşhur istehsalçılarından olan Frank Muller kriptovalyuta milyonerləri üçün yeni bir saat modeli təqdim etdi.
FED.az xəbər verir ki, bu modelin əsas fərqi ondadır ki, saatda kriptovalyuta saxlamaq üçün kripto cüzdan əlavə edilib. Saata xüsusi USB fleşka yerləşdirilib və istənilən kripto köçürmə baş verdiyi halda həmin USB fleşkanı kompyuterə qoşmaq kifayətdir. Siferbalatında Bitcoin loqosu var və bu model saatları Frank Muller-in Dubai Mall-da olan mağazasından və ya onlayn sifariş verməklə 50600 dollara əldə etmək olar.
Eləcə də bax: Bitkoin 7 min dolları da keçdi – SON QİYMƏT
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
İsveçrə saatlarında bitkoin cüzdanı olacaq - YENİLİK
09:19
13 May 2019