İsveçin Mərkəzi Bankı “Accenture” konsultasiya şirkəti ilə birlikdə elektron kron yaratmaq üçün texniki həll axtarışındadır.
Eləcə də bax: Ukrayna milli - KRİPTOVALYUTASINI YARATDI
FED.az "ted"ə istinadən xəbər verir ki, İsveç Bankı rəqəmsal valyuta üzrə pilot layihə üzərində işləyir. Layihə 2021-ci ilin fevralına qədər davam edəcək.
Elektron kronda istifadə olunan texnologiya ABŞ maliyyə və texnoloji tədqiqat şirkəti “R3 Corda” tərəfindən hazırlanmış “Corda” platformasına əsaslanır. Test isə simulyasiya rejimində aparılacaq.