«İnvest Az» investisiya şirkəti dollarla istiqraz buraxıb.
Eləcə də bax: Azərbaycanda dollarla yeni istiqraz buraxıldı - QİYMƏTLƏR, ŞƏRTLƏR
Şirkətdən FED.az-a veridən məlumata görə, ümumi həcmi 2 milyon dollar olmaqla hər birinin nominal qiyməti 1 min dollar olan 2 min ədəd istiqrazın satışı artıq başlanıb.
İstiqrazlar bir il müddətinə, illik 5,5%-lə buraxılıb. Faizlər 3 aydan bir olmaqla ildə 4 dəfə istiqraz sahibinin dollarda açılmış bank hesabına ödəniləcək. İstiqrazların geri alınması yalnız 6 aydan sonra olacaq.
Amma, bundan əvvəl buraxılmış SOCAR İstiqrazlarından fərqli olaraq «İnvest-Az»ın istiqrazları qapalı şəkildə, birjadan kənar yerləşdirilir.
Ona görə də bu kağızları birja vasitəsilə deyil, şirkətin özünə müraciət etməklə almaq olar. Bundan başqa, şirkətdən FED.az-a bildirilib ki, istiqrazlar cəmi 50 nəfərə satılacaq.
Yeni istiqrazların alınma üçün İnvest az-da hesab açmaq lazım olacaq. Bu 10 manatdır. Faizləri götürəndə isə bankın müəyyən elədiyi nağdlaşdırma üzrə komissiya haqqı tutulacaq.