Türkiyənin İstanbul Fond Birjasına (“Borsa İstanbul”) yeni baş direktor təyin olunub.
Eləcə də bax: İstanbul Fond Birjasının rəhbəri istefa verib
FED.az xəbər verir ki, bu, Korkmaz Enes Ergündür.
O, birjanın rəhbərliyində bu il martın 8-də istefa vermiş Hakan Atillanı əvəz edib.
Xatırladaq ki, “Borsa İstanbul” qonşu ölkənin əsas fond birjasıdır. Qurum “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76 %-nə nəzarət edir. (Report)