Borsa İstanbulda BIST 100 indeksi günü yüzdə 4,60 artımla 4.780,74 bəndlə tamamlayıb və bütün zamanların ən yüksək gündəlik bağlanışını həyata keçirib.
Eləcə də bax: Qiymətli Kağızların Emissiyasi Sisteminin yaradılması yekunlaşır - MÜSAHİBƏ - VİDEO
FED.az xəbər verir ki, BIST 100 indeksi əvvəlki bağlanma günü ilə müqayisədə 210,42 bənd artarkən, cəmi əməliyyat həcmi 125,2 milyard TL oldu.
Bank indeksi 2,37 faiz, holdinq indeksi isə 3,19 faiz dəyər qazanıb.
Birjada bütün sektorlar üzrə indekslərin artımı baş verib, amma kimya, neft və plastik 7,91 faizlə ən yüksək qazanc əldə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.