Oktyabrın 14-də İstanbul Birjasında «BİTS 100» indeksi, günü 5,1% itki ilə 93 981,39 balla tamamlayıb.
FED.az xəbər verir ki, «BİTS 100» indeksi əvvəlki göstəricisinə görə 5 046,43 bal azalarkən, birjada ümumi əməliyyat həcmi 10,5 milyard lirə təşkil edib.
Eləcə də bax: Türkiyədə inflyasiya - TƏKRƏQƏMLİ SƏVİYYƏYƏ DÜŞDÜ
Birjada dövr edən bank səhmləri ümumilikdə 8,21%, holdinqsəhmləri isə 4,76% dəyər itirib. Sektor indeksləri arasında mənfəət olmasa da, ən çox azalan bankçılıq olub.
98 000 bal üzərini test edən BİST 100 indeksi valyuta məzənnələrindəki artım və Avropa birjalarındakı geriləmə və bankçılıq hissələrindəki güclü satışların neqativ təsiri ilə 94 000 balın altına düşüb.
Analitiklər hesab edir ki, azalmaya səbəb Türkiyənin qonşu Suriyada davam etdirdiyi «Sülh Çeşməsi» əməliyyatı və buna görə, ABŞ və Avropa tərəfindən gələn açıqlamalar olub. Həmin açıqlamalar Türk Lirəsinin məzənnəsinə də təsir edib.