Avqustun 6-da Türkiyədə milli valyutanın kəskin ucuzlaşmasından və birjanın çöküşündən sonra İstanbul birjasında kiçik də olsa artım başlayıb. FED.az xəbər verir ki, Türkiyədə dünən dolların kəskin şəkildə yüksəlməsi İstanbul Fond Birjasının indekslərinin azalmasına səbəb olub. Belə ki, dünən və bu gün səhər saatlarında 1.5% dəyər itirən İstanbul Birjası artıq bir qədər özünə gəlməyə başlayıb və 1.06% dəyər qazanaraq indeksi 94 174-dən 95 174-ə yüksəlib. Qeyd edək ki, lirə dollar qarşısında səhər saatlarına nisbətən 1.38% dəyər qazanaraq 5.25 lirə olub. Avro və funt-sterlinq də ucuzlaşıb. Avro 1.09% geriləyərək 6.09 lirə, funt-sterlinq 1.18% düşərək 6.82 lirəyə ticarət olunur.
İstanbul Birjası özünə gəlir
13:36
7 Avq 2018