Türkiyədə baş verən ağır zəlzələ və onun gətirdiyi təsirlərlə əlaqədar olaraq Türkiyənin əsas maliyyə qurumu olan İstanbul Birjası fevralın 8-də fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, Birjadan verilən məlumata görə, səhm bazarı, fyuçers və opsion bazarı səhm və səhm indeksi törəmə bazarlarında əməliyyatların dayandırılmasına qərar verilib.
Birjanın hansı müddətə bağlandığı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Birjanın açılış hissəsində sürətli bir satış dalğası baş vermişdi. İlk olaraq 5% azalmadan sonra birinci elektrik açarı, daha sonra isə 7% azalmadan sonra ikinci elektrik açarı işlədi. İkinci elektrik kəsicisinə qədər əməliyyat həcmi 3,6 milyard TL idi. BIST 100 indeksi isə 4200-dən aşağı düşmüşdü.
Borsa İstanbul 100 indeksi yanvarın 2-dəki zirvəsindən 20% geriləyərək çərşənbə axşamı günü ayı bazarına daxil olub.
İndeks, çərşənbə axşamı günü edilən əməliyyatlarda yüzdə 5 və yüzdə 7 azalma ilə iki dövrə kəsici əməliyyatından sonra günü yüzdə 8,6 itki ilə başa vurdu.
2021-ci ilin mart ayından bəri ən böyük gündəlik enişi qeyd edən BIST 100, ilin əvvəlindən bu yana dünya üzrə ən mənfi performansa malik lider indeksdir.
Zəlzələdən dərhal sonra Kapital Bazarları Şurası fond bazarında qısa satış əməliyyatlarına qadağa qoyub və birjada investorlara satılacaq səhmlər üçün depozit tələbinin tətbiqinə qərar verib.