Yaponiyanın ən böyük ticarət evlərindən biri olan «Mitsubishi» elan edib ki, Sinqapurdakı neft treyderinin hərəkəti nəticəsində 320 milyon dollar itirib və indi həmin işçini tapa bilmir. FED.az «Reuters»ə istinadən xəbər verir ki, adı çəkilməyən işçi bu ilin yanvar ayında bir neçə icazəsi əməliyyat aparıb. Əməliyyatlar hec adı ilə aparılsa da, törəmə maliyyə alətlərinə aid olub.
Ticarət evinin nümayəndəsi açıqlayıb ki, treyder istirahət günündən sonra işə çıxmayıb və onun telefonları söndürülüb. Hazırda şirkət onun hərəkəti nəticəsində dəyən zərərin tam məbləğini hesablayır. Sinqapur polisi də həmin işçini axardığını təsdiqləyib.
Bu əhvalat «Mitsubishi» ticarət evinin tarixində ən byöük itkidir. Şirkət balıq biznesindən tutmuş neftə qədər ən müxtəlif sahələrdə əməliyyatlar aparır və bütün dünyada ticarətlə məşğuldur. 1954-cü ildə yaradılmış şirkət ənənəvi ehtiyatlığı ilə tanınır və ilk dəf 2016-cı ildə zərərə düşdüyünü açıqlamışdı
«Mitsubishi» işçisinin bu hərəkətini «Societe Generale» bankının işçisinin əməli ilə müqayisə edirlər. Həmin treyder 2007-2008-ci illərdə 50 milyard dollarlıq əməliyyat üçün pozisiya açmışdı. Nəticədə birjalarda kəskin satışlar başlanmış və şirkət 4,9 milard avro zərərə düşmüşdü.