İran hökuməti ölkədə kriptovalyutalardan istifadəyə icazə verib.
FED.az bu barədə "Report"a istinadən xəbər verir.
Məlumata görə, İranın Nazirlər Şurasının iyulun 27-də Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilmiş iclasında “kriptoqrafik emal məhsullarının istifadəsinə" razılıq verilib. Bununla belə, müvafiq risklər qeyd olunmaqla tədavülünə icazə verilən kriptovalyutalar bank sisteminin zəmanəti altında olmayacaq.