14 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC-nin AZ2055008687 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjadan FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.