27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2056008686 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1001.0833 sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 956 min manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 25 iyul 2048-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.