25 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2062008688 ISIN-li, 25 milyon manat həcmində, 7200 (7144 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Hərrac qiyməti 1,005.0555 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.