8 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2063008687 ISIN-li, 25,000,000.00 manat həcmində, 7200 (7130 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: İpoteka Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri - AÇIQLANIB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərrac qiyməti 1,006.3194 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,000,000.00 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25,000,000.00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.