29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2058008684 ISIN-li, 20,000,000.00 manat həcmində, 7920 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,000.00 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000.00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20,000,000.00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 4 dekabr 2043-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.