Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
FED.az xəbər verir ki, 26 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin, adlı, sənədsiz, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu: AZ2070008688
Emissiya həcmi: 45,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti: 1,000 manat
İstiqrazların tədavül müddəti: 9000 gün
Faiz dərəcəsi: 3%
Faiz gəlirinin ödəniş müddəti:180 gündən bir (6 aydan bir)
Anderrayter: “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.