25 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2062008688 |
Emissiya həcmi |
25,000,000 manat |
Nominal qiyməti |
1,000 manat |
Hərrac qiyməti |
1,005.0555 manat |
İstiqrazların tədavül müddəti |
7200 gün (20 il) |
Faiz dərəcəsi |
3.25 % |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür