14 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka 50 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
|
Qiymətli kağızın ISIN kodu |
AZ2059008683 |
|
Emissiya həcmi |
50,000,000 manat |
|
Nominal qiyməti |
1,000 manat |
|
Hərrac qiyməti |
1,000 manat |
|
İstiqrazların tədavül müddəti |
25 il (9000 gün) |
|
Faiz dərəcəsi |
3 % |
|
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
|
Anderrayter |
“Unicapital İ.Ş” ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.













