11 mart 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2051008681 ISIN-li, 55 milyon manat həcmində, 8280 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az Birjaya istinadən xəbər verir ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 110 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 55 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 11 noyabr 2043-cü ildir.