İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.
Bu barədə FED.az-a BFB-dən bildirlir.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 2 sentyabr 2022-ci il tarixində AZ2051008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 2 sentyabr 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 907.33 manat təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3 %-lik faiz gəliri 907.33 manat məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2051008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 907.33 manat olması nəzərə alınmalıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.