Martın 6-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondu (İKZF) ASC–nin AZ2042008683 ISIN-li, 20 mln manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az məlumat verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat olub. Bütün istiqrazlar yerləşdirilib. İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.