09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının 10 may 2022-ci il tarixində ilk tirajı keçirilib.
Eləcə də bax: “Bakı Fond Birjası” yenidən zərərlə işləməyə - BAŞLAYIB
FED.az xəbər verir ki, ilk tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilib və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanıb.
İlk tirajın qalibləri:
Rəşad Əliyev (Bilet nömrəsi İST0238)
Kamal Hüseynov (Bilet nömrəsi İST0253)
Bahar Cahangirova (Bilet nömrəsi İST0666)
"Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir", - Birjanın məlumatında deyilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.