Azərbaycanda bu ilin ynvar-iyun ayları üzrə investisiya şirkətlərinin renkinqi açıqlanıb.
FED.az xəbər verir ki, ilk yarım ildə əməliyyatların həcminə görə, ilk yeri 4,4 milyard manatlıq dövriyyə ilə «Paşa Kapital» şirkəti tutur. Sonrakı yerlərdə «AzFinance» (762,1 milyon manat) və «Unicapital» (446,5 milyon manat) şirkətləri qərarlaşıb.
Hesabat dövründə ən az dövriyyə «PSG Kapital» investisiya şirkətində (76,4 milyon manat) qeydə alınıb.