AzFinance İnvestisiya Şirkətininə yeni direktor müavini təyin edilib.
FED.az xəbər verir ki, bu barədə AzFinance İnvestisiya Şirkəti məlumat yayımlayıb
Eləcə də bax: AzFinance İnvestisiya Şirkətində - TƏYİNAT
Məlumatda bildirilir ki, investisiya şirkətinin direktorunun 04 dekabr 2019-cu il əmrinə əsasən Pərvanə Qasımova AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malik olan Pərvanə Qasımova 2009-cu ildən kapital bazarı sahəsində çalışır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində işləyib.
O, 2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsini tutub.
Bununla yanaşı, Pərvanə Qasımova Avropa Şurasının Tvinninq layihələri çərçivəsində Avropa Direktivlərinin tələblərinin Azərbaycan qanunvericiliyi ilə əsas uyğunsuzluqlarının müəyyən edilməsi məqsədilə direktivlərin ekspertizasının aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədiilə bir sıra layihələrinin hazırlamasında iştirak etmişdir.
Eləcə də bax: "Beynəlxalq Bank"da - DAHA BİR TƏYİNAT
Xanım Qasımova Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, habelə Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Maliyyə Bazarlarının inkişafı və kreditlərinə çatanlığı işçi qrupunun, üzvüdür.
Ailəlidir. 2 övladı var.