Dünyanın investisiya fondlarında qızılın həcmi ilin əvvəlindən bəri ilk dəfə olaraq may ayında azalıb.
FED.az xəbər verir ki, dünyanın birja investisiya fondlarında (exchange traded funds — ETF) qızılın axını 53,2 ton və ya 3,1 milyard dollar təşkil edib. World Gold Council (WGC) təşkilatının hesablamalarına görə, bu 2022-ci ildə ilk və 2021-ci ilin martından bəri ən böyük qızıl axınıdır. Bunun səbəbi dolların bahalaşmasıdır.
Bununla yanaşı, dünya birja investisiya fondlarında hələ də 3 min 823,2 ton və ya 226 milard dollarlıq qızılı var. Bu - rekord qeydə alınmış 2020-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Ümumilikdə ilin əvvəlindən bəri sözügedən fondlar ümumi dəyəri 16,5 milyard dollar olan 262,4 ton qızıl alıblar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.