Bu ilin yanvar-sentyabr aylarında “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin birjadakı ümumi dövriyyəsinin həcmi 5 milyard 431,7 milyon manat olub.
İnvestisiya şirkətlərinin dövriyyənin dinamikası üzrə - RENKİNQİ - (YANVAR-SENTYABR/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 336,4 milyon manat və ya 2,6 dəfə artıb.
Birja əməliyyatlarının 90%-ini repo əməliyyatları tutub. Repo əməliyyatlarının həcmi illik müqayisədə 3 milyard 329,5 milyon manat (3,1 dəfə) artaraq 4 milyard 890,7 milyon manata yüksəlib.
Hesabat dövründə şirkətin Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları ilə dövriyyəsinin həcmi 33 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 30,1 milyon manat və ya 11,4 dəfə artım deməkdir.
Şirkət korporativ istiqrazlar ilə də əməliyyatları əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 9 ayda korporativ istiqrazlar ilə 436,5 milyon manatlıq əməliyyat aparılıb ki, bu da, illik müqayisədə 244 milyon manat, yaxud da 2,3 dəfə artım deməkdir.
Səhmlərlə ticarətin həcmi 3 milyon manat olub. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarındakı göstəricidən 1,1 milyon manat (57,9%) daha çoxdur.
Şirkətin cəmi əməliyyatlarının sayı 4 min 447 olub ki, bu da, illik müqayisədə 3 min 145 vahid (3,4 dəfə) çoxdur.














