«Invest-Az İnvestisiya Şirkəti» QSC-nin dövriyyəsi 2,1 dəfə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 1 milyard 361,5 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 726,5 milyon manat və ya 114,4% (2,1 dəfə) artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 1,87 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 214,3 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 12,5 milyon manat, səhmlər üzrə dövriyyəsi 1,1 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 122 milyon manat olub.
Cari dövrdə «Invest-Az»ın dövlət istiqrazları üzrə dövriyyəsi 99,3 milyon manat (86,3%), korporativ istiqrazları üzrə dövriyyəsi 3,2 milyon manat (34,8%), repo əməliyyatlarının dövriyyəsi isə 617,6 milyon manat (2,2 dəfə) artıb. .
Yanvar-iyul aylarının nəticələrinə görə, «Invest-Az»ın əməliyyatlarının sayı 860-a bərabər olub.