Kriptovalyuta biznesi «Tesla» şirkətin və onun sahibi İlon Maska elektromobil istehsalından daha böyük gətir gətirir.
FED.az biznes portalı «Independent» qəzetinə istinadən xəbər verir ki, Maskın şirkəti ilin əvvəlindən bitkoindən, daha dəqiqi bu sahəyə yanvarda edilən yatırımlardan 1 milyard dollar qazanıb.
Son 10 həftə ərzində bitkoinin qiyməti xeyli bahalaşıb. İlin əvvəlində Tesla şirkəti bitkoinə böyük məbləğdə vəsait yatırıb. Şirkət 1.5 milyard dollar xərcləyərək 48 min ədəd bitkoin alıb. Həmin vaxt bitkoinin qiyməti 30-40 min dollar arasında dəyişirdi. Bu həftənin sonunda isə bitkoinin qiyməti rekord vuraraq 64 863 dollara yüksəlib. Nəticədə Teslanın bitkoində olan aktivləri də 1,5 milyard dollardan 3 milyard dollara qalxıb. Doğrudur, dünən gecə kriptovalyuta bazarında qiymətlər kəskin ucuzlaşaraq 53 min dollara endi.
Müqayisə üçün bildirək ki, Tesla şirkəti avomobil istehsalı və satışından 2020-ci ildə ümumilikdə cəmi 721 milyon dollar qazanıb. Başqa sözlə. Bitkoindən əldə edilən qazanc, şirkətin 2020-ci iddə əsas bznesindən əldə etdiyi mənfəəti üstələyib.
Yeri gəlmişkən, Tesla-nın bitkoin alması xəbəri yayılan kimi, bir neçə dəqiqə ərzində bitkoin 14% bahalaşmışdı. Həm də bu səbəbdən İlon Mask dünyanın ən varlı adamlarının siyaşısında 2-ci yerə yüksəlib.