İyulun 17-də SOCAR istiqrazlarının 2019-cu il üzrə 3-cü, ümumi sayca isə 11-ci faiz ödənişi baş tutacaq. Bu faiz ödənişi ilə istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksələcək. FED.az REAL TV-yə istinadən xəbər verir ki, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağız sayılan SOCAR istiqrazları üzrə 2019-cu ilin ilk yarısında 232, ümumilikdə isə 1791 əqd bağlanıb.
SOCAR istiqrazlarını 1 və 5 saylı asan xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Qeyd edək ki, hazırda bu istiqrazları 1023 dollara almaq, 1040 dollar satmaq olar.