«International Business Machines Corp» - İBM şirkətinin səhmləri, şirkətin gözləntiləri doğrultmayan ilkin ikinci rüb satış rəqəmlərini açıqladıqdan sonra 1960-cı illərdən bəri ən böyük enməni yaşayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2-ci rübdə şirkətin satışları 17,2 milyard dollar olub, halbuki şirkət bu rəqəmin 17,9 milyard olacağını gözləyirdi.
IBM-in infrastruktur bölməsindəki satışlar xüsusilə pisləşərək 7% azalıb. Şirkət hələ də hesabatlarını nəzərdən keçirdiyini və gələn həftə açıqlanacaq yekun nəticələrin bir qədər fərqli ola biləcəyini bildirdi.
İBM rəhbərliyi satışların azalmasını süni intellektdən qaynaqlanan narahatlıqlar səbəbindən müştərilərin öz xərclərini çiplərə və serverlərə yönəltməsi ilə izah edib.
Bu izahatın investorlara təsiri olmayıb – şirkətin səhmləri kəskin ucuzlaşaraq 1960-cı ildən bəri ən ciddi enmə yaşayıb.
Nyu-York birxasında İBM-in səhmləri 26 faizə qədər düşərək 215,67 dollara çatdı ki, bu da 3 yanvar 1968-ci ildən bəri bir gündə baş verən ən böyük itkidir.
Bu nəticələr digər proqram təminatı şirkətlərinə də mənfi təsir göstərdi. Workday və ServiceNow səhmləri təxminən 6 faiz ucuzlaşdı. Lakin SK Hynix və Advanced Micro Devices kimi çip istehsalçılarının səhmləri bahalaşıb.
Süni intellekt sistemlərinin işləməsi üçün vacib olan məlumat mərkəzlərinin qlobal miqyasda yayılması, xüsusilə yaddaş çiplərində yarımkeçiricilərdə əhəmiyyətli çatışmazlıqlara səbəb olub. Bu təchizat çatışmazlığı iPad-lərdən Xbox konsollarına qədər hər şeyin istehsalçıları üçün xərcləri artırıb.
IBM-in başına gələnlər göstərir ki, bu vəziyyət, şirkətləri öz xərclərini serverlərə və çiplərə yönəltməyə məcbur edib və nəticədə IBM-in əsas çərçivələri və proqram təminatı kimi digər texnologiyalara ayrılan büdcəni azaldıb.















