Paşa Kapital İnvestisiya Şirkəti 2025-ci ildə müştəri kapital bazarlarının inkişaf etməsində mühüm rol oynamışdı. Şirkət bazarının dərinləşməsinə, yeni maliyyə alətlərinin tətbiqinə və investor bazasının genişlənməsinə öz töhfəsini vermişdi.
FED az xəbər verir ki, bu barədə Paşa Kapitalın yeni təyin olunmuş rəhbəri İsi Mustafayev şirkətin ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Paşa Kapital daha çevik, daha rəqəmsal, daha innovativ və regionun aparıcı investisiya şirkətinə çevrilib. Əsas hədəflər olaraq müəyyən sahələr var. 2025-ci ildə Azərbaycanın kapital bazarları aktiv və davamlı inkişaf edib. Kapital bazarları üçün rəqəmlərə baxdıqda biz görərik ki, 2024-cü ilə nisbətən 2025-ci ildə Bakı Fond Birjasının ticarət dövriyyəsində müəyyən artımlar var. Lakin Bakı Fond Birjasının dövriyyəsində azalma da olub. Daha çox repo bazarını əhatə etdiyi üçün bu da dövlət qiymətli kağızlarını həcminin azalması ilə əlaqədardır. Lakin bu azalmaya baxmayaraq, Paşa Kapital ticarət dövriyyəsində repo əməliyyatlarının həcmini artırmışdı. Ümumiyyətlə, Paşa Kapital 2025-ci ildə daha yüksək nəticələr göstərərək bazar payını artırmışdı. Bakı Fond Birjasının ticarət dövriyyəsində payını 67 faizə qədər artırmışdır. Belə ki, 2024-cü ildə, əgər bizim ticarət dövriyyəmiz ortalama 27 milyon manat həcmində idisə, 2025-ci ildə 45 milyon manatadək artıb. Əməliyyatların böyük hissəsi əsasən dövlət qiymətli kağızlarına korporativ qiymətli kağızların payı düşüb.














