İranla bağlı müharibə və qlobal bazarlardakı qeyri-müəyyənlik fonunda ABŞ dolları güclənməkdə davam edir.
Müharibə başlayandan İran kriptobirjalarından 10 milyon dollarlıq aktiv çıxarılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dollar cümə günü son üç ayın ən yüksək səviyyəsinə qalxıb və müharibənin başladığı vaxtdan bəri ikinci həftədir ki, bahalaşır.
Valyutalarda əsas dəyişikliklər
-
ABŞ dolları indeksi 0,13% artaraq 99,79 səviyyəsinə çatıb və həftəlik 0,8% artım göstərir.
-
Avro 1,1504 dollar səviyyəsinə düşərək noyabrdan bəri ən zəif həddə enib.
-
Yapon yeni 1 dollar = 159,455 yen səviyyəsinə qədər ucuzlaşıb və 20 ayın minimumunu görüb.
-
Britaniya funtu isə 1,3335 dollar səviyyəsinə geriləyib.
Müharibə və enerji bazarı təsiri
ABŞ və İsrail təxminən iki həftə əvvəl İran ərazisinə hava zərbələri endirib. Bundan sonra Tehran cavab hücumlarına başlayıb və bu, regiondakı gərginliyi daha da artırıb.
İranın yeni ali lideri Müctəba Xamenei Hörmüz boğazının bağlı qalacağını bəyan edib. Bu boğaz dünya neft daşımalarının təxminən 20%-i üçün əsas marşrut sayılır.
Neft qiymətlərinin kəskin artması fonunda ABŞ bəzi sanksiyalara baxmayaraq dənizdə qalan Rusiya mənşəli neft məhsullarının satışına 30 günlük müvəqqəti icazə verib.
Bundan əlavə, Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarı sabitləşdirmək üçün strateji ehtiyatlardan rekord həcmdə – 400 milyon barel neft buraxmaq barədə razılığa gəlib.
Yaponiya müdaxilə edə bilər
Yaponiyanın maliyyə naziri Satsuki Katayama bildirib ki, yenin kəskin ucuzlaşması insanların həyatına təsir etsə, hökumət bazara müdaxilə edə bilər.
Yaponiya enerji idxalından çox asılı olduğuna görə Yaxın Şərqdəki böhran ölkə üçün ikiqat təzyiq yaradır:
-
enerji qiymətlərinin artması
-
yenin “təhlükəsiz liman” statusunun zəifləməs
Analitiklərin qiymətləndirməsi
Gavin Friend (National Australia Bank) bildirib ki, bazarlarda əsas narahatlıq artıq inflyasiya və iqtisadi artımın zəifləməsidir. Onun sözlərinə görə, böhran uzandıqca yüksək inflyasiya və aşağı iqtisadi artımın “zəhərli kombinasiyası” yaranır.
Digər bazarlar
-
Bitcoin 1,65% artaraq 71 349 dollar olub.
-
Ethereum isə 2,54% bahalaşaraq 2 115 dollar səviyyəsinə yüksəlib. (Marja)












