Bu ilin ilk yarısında investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilib.
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olub. Bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır. İnvestisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olub.
Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirib. Belə ki, 2023-ci ilin birinci yarımili ilə müqayisədə ROA göstəricisi 2.4 f.b. azalaraq 1.9%-ə, ROE göstəricisi isə 3.2 f.b. azalaraq 9%-ə enib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.