«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 88% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-fevral ayları ərzində şirkətin birja dövriyyəsi 403,1 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 188,2 milyon manat və ya 87,6% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 12 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 388,2 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 750,4 min manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin korpartiv istiqrazları dövriyyəsi 97,9% (998,2 min manat), repo əməliyyatları üzrə dövriyyəsi 2,2 dəfə (213,4 milyon manat) artıb.
Ay ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 272-ə bərabər olub.