«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2,4 dəfəyədək artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 1 milyard 105 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 637,2 milyon manat və ya 2,4 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 195 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 66,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 835,4 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 2,9 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 84,9% (89,5 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 5,2 dəfə (54 milyon manat), səhm əməliyyatları 85,1% (1,34 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 2,4 dəfə (487,4 milyon manat) artıb.
Bu ilin 11 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 1 488 ədəd və ya 57,3% artaraq 4 083-ə yüksəlib.