«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 39%-dək artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində şirkətin birja dövriyyəsi 2 milyard 95 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 583,5 milyon manat və ya 95,8% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 2,86 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 336,9 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 192,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 561,2 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1,8 milyon manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 172,7 milyon manat (2,1 dəfə), korporativ istiqrazları dövriyyəsi 137,2 milyon manat (3,5 dəfə), repo əməliyyatları üzrə dövriyyəsi 275,9 milyon manat (21,5%) artıb.
Dövr ərzində "İnvest.Az İnvestisiya Şirkəti"nin əməliyyatlarının sayı 1,312-yə bərabər olub.