«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində şirkətin birja dövriyyəsi 2 milyard 273 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 168 milyon manat və ya 2,1 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,831 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 342,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 210,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 713 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 2,2 milyon manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 147,7 milyon manat (75,8%), korporativ istiqrazları dövriyyəsi 144 milyon manat (3,2 dəfə), repo əməliyyatları üzrə dövriyyəsi 877,5 milyon manat (2,1 dəfə) artıb.
Dövr ərzində "İnvest.Az İnvestisiya Şirkəti"nin əməliyyatlarının sayı 1 731-ə bərabər olub.











