Azərbaycan fond bazarında fəaliyyət göstərən “İnvest-Az İnvestisiya Şirkəti” QSC 2025-ci ilin ilk yarısı üzrə ticarət dövriyyəsinə dair məlumatları açıqlayıb. Statistik göstəricilər şirkətin əməliyyat həcminin bir il ərzində ciddi şəkildə artdığını nümayiş etdirir.
«PAŞA Kapital»ın birja əməliyyatlarının həcmi - 70%-DƏN ÇOX ARTIB – RƏQƏMLƏR
FED.az xəbər verir ki, 2025-ci ilin yanvar–iyun aylarında ümumi ticarət həcmi 1 milyard 100 milyon manata çatıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 122%-lik artım deməkdir. Ötən ilin eyni dövründə şirkətin əməliyyat dövriyyəsi 495,8 milyon manat təşkil etmişdi.
Repo bazarında iki dəfədən çox artım
Əməliyyat strukturunda ən böyük sıçrayış Repo bazarında müşahidə olunub. 2024-cü ildə 396,9 milyon manat olan Repo əməliyyatları, cari ilin ilk yarısında 887,5 milyon manata yüksəlib. Bu da 124%-dən artıq artım anlamına gəlir.
Dövlət istiqrazları ilə əməliyyatlarda ciddi genişlənmə
Dövlət istiqrazları üzrə dövriyyə də əhəmiyyətli dərəcədə artaraq, 86,2 milyon manatdan 199,2 milyon manata çatıb. Bu, təxminən 131%-lik yüksəliş deməkdir.
Korporativ istiqrazlar və səhmlər fərqli istiqamətdə hərəkət edib
Korporativ istiqrazlarla əməliyyatlar 2025-ci ildə 12,5 milyon manata yüksəlib. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 6 milyon manat civarındaydı. Yəni təxminən 2 dəfə artım baş verib.
Bunun əksinə olaraq, səhm bazarında azalma müşahidə olunub. 2024-cü ildə bu alət üzrə dövriyyə 1,6 milyon manat idisə, 2025-ci ildə bu rəqəm 1 milyon manata düşüb. Təxminən 34%-lik geriləmə qeydə alınıb.
ARMB alətləri ilə ticarət dayanıb
Qeyd edək ki, 2025-ci ildə “İnvest-Az” şirkəti ARMB qiymətli kağızları ilə heç bir əməliyyat aparmayıb. Halbuki ötən ilin eyni dövründə bu alətlərlə 4,93 milyon manatlıq ticarət həyata keçirilmişdi.
Əməliyyat sayı azalıb
Əməliyyatların ümumi sayı isə əks meyil göstərərək azalıb. 2024-cü ilin ilk 6 ayında 1 565 əməliyyat qeydə alınmışdısa, 2025-ci ilin müvafiq dövründə bu göstərici 652-yə düşüb. Bu isə əldə olunan dövriyyənin artmasına baxmayaraq, əməliyyat sayında 58%-lik azalma deməkdir.
Daha detallı aşağıdakı cədvəldə:
Qiymətli Kağızın növünə görə |
2025 yanvar – iyun (AZN) |
2024 yanvar – iyun (AZN) |
ARMB qiymətli kağızları |
0 |
4 934 211 |
Dövlət İstiqrazları |
199 248 953 |
86 254 424 |
Korporativ İstiqrazlar |
12 505 504 |
6 084 600 |
Səhm |
1 062 509 |
1 615 403 |
Repo |
887 585 786 |
396 905 697 |
Cəmi əməliyyatların həcmi (şirkətlər üzrə) (AZN) |
1 100 402 751 |
495 794 334 |
Cəmi əməliyyatların sayı |
652 |
1 565 |