HSBC Global Research analitiklərinə görə Hindistan, Cənubi Afrika və Türkiyə istiqrazlarının inkişaf etməkdə olan bazarlar arasında satış təzyiqinə qarşı daha dayanıqlı olduğunu bildirirlər.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, Hindistanın dövlət istiqrazları son bir ildə əhəmiyyətli xarici investisiya cəlb edib, Cənubi Afrikada isə may seçkilərindən sonra makroiqtisadi qeyri-müəyyənliklər azalıb.
Türkiyə və digər ölkələrdə də müsbət dinamika müşahidə olunur. HSBC Hindistan, Cənubi Afrika və Türkiyənin daxili istiqrazlarını ən perspektivli hesab edir.
Yaponiyanın istiqraz bazarı sabitdir
Yaponiyanın dövlət istiqrazları sabitliyini qoruyur, lakin investorlar Yaponiya Bankının (BOJ) dekabr ayında faiz artımı qərarını gözləyirlər. BOJ rəhbəri Kazuo Ueda bu məsələdə iqtisadi və maliyyə şərtlərinin nəzərə alınacağını bildirib. Hazırda 20 illik istiqrazların gəlirliliyi 1.895% səviyyəsindədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.