HSBC, 2018-ci il ərzində 250 milyard dollar məbləğindəki FX (Forex) əməliyyatını "blockchain" üzərindən həyata keçirdiyini açıqlayıb.
FED.az xəbər verir ki, bank, üç milyondan çox forex əməliyyatının reallaşdığını və 2018-ci ilin Fevral ayından bu yana "blockchain" infrastrukturu istifadə edərək 150 mindən çox ödəniş etdiyini bildirib.
Eləcə də bax: İki ərəb ölkəsi birgə kriptovalyuta buraxır - AÇIQLANDI
Bu göstərici indiyə qədər "blockchain" texnologiyasını hər hansı bir şəkildə istifadə etməyə başlamaq məsələsində qərarsız olan bank və maliyyə sektoru baxımından əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.