Amsterdam Fond Birjasının AEX indeksi yeni rekorda imza atıb. Ticarət platformasının məlumatlarına görə, ticarət bağlanan zaman o, 831 bəndi keçib.
FED.az xəbər verir ki, investorların nikbinliyi ilk növbədə faiz dərəcələrinin aşağı salınma ehtimalı ilə bağlıdır.
“Daha əvvəl ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Cerom Pauel bildirib ki, faiz dərəcələrinin azaldılması planlaşdırılır: “Avropada da faiz dərəcələrinin artımı dayanıb və onları azaltmaq imkanları var”.
Mütəxəssislər digər səbəb kimi, siyahıda olan bir çox şirkətlərin, xüsusən də texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin güclü maliyyə göstəricilərini göstərirlər.
AEX üzrə əvvəlki rekord 2021-ci il noyabrın 17-də, birja indeksi 828 punkta yüksəldiyi zaman qeydə alınıb. Bundan sonra inflyasiyanın artması və Ukraynada münaqişənin alovlanması fonunda indeks də azalmışdı.