Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə çərçivəsində çoxsaylı Şahzadə və keçmiş nazirin həbs olunması Səudiyyə Ərəbistanı birjasını da vurub. Səudiyyə Birjası (TASI) başlayan satışlarla 1.7 faiz dəyər itirib.
FED.az "Marja"ya istinadən xəbər verir ki, həbs olunanlar arasında Şahzadə Prens el Velid bin Tallal bin Abdülaziz el Suudi-nin də olduğu bildirilib. Bu səbəbdən Kral şirkəti "Kingdom Holding"in səhmləri 9.9 faiz düşüb. Bu azalma, şirkətin səhmlərində 2014-ci ildən bu yana görülən ən böyük dəyər itkisidir.
Eləcə də baxın: Səudiyyə Ərəbistanında həbslər və müəmmalı təyyarə qəzası