ABŞ-ın "Nomad" blokçeyn platforması haker hücumuna məruz qalıb.
Eləcə də bax: Ən böyük kriptovalyuta investisiya fondlarından biri - İFLAS EDİB
FED.az xəbər verir ki, hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.
Qeyd olunur ki, hücum baş verən zaman "Nomad" platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.
Mütəxəssislər haker hücumunun səbəbini "Nomad" platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.
Qeyd edək ki, iyun ayında "Harmony" blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi. (Trend)