Gürcüsğtanda kriptovalyutanın tətbiqi lə bağlı mühüm yenilik edilib.
Anlamaq çətindir, itirmək asan: KRİPTOVALYUTADA HANSI RİSKLƏR VAR? – 5 VACİB TÖVSİYƏ
FED.az xəbər verir ki, artıq fevralın sçonundan etibarən qonşu ölkədə mağaza, otel və kafelərdə kriptovaloyuta ilə ödənişlər etmək mümkün olub.
Məşhur kriptovalyuta birjası olan «Binance» şirkəti Gürcüstanın ödəniş operatoru olan CityPay.io ilə müqavilə bağlayıb və nəticədə hazırda ölkədə 600 ödəmə nöqtəsi kriptovalyuta ödənişlərini qəbul edə bilir.
«Binance» kripto birjası elan edib ki, CityPay.io şirkəti ilə əməkdaşlıq sayəsində artıq ölkədə 600 obyekt kuriptovalyuta ilə ödəniş qəbul edir.
Artıq məlumdur ki, kriptovalyuta ilə ödənişləri qəbul edən obyektlər arasında ABŞ-ın fast fud şəbəkəsi olan «Wendy's» də var. Bundan başqa, «Binance» elan edib ki, iri supermarket və otel şəbəkələrində də kriptoödənişlər etmək mümkün olacaq. Qeyd edək ki, bundan əvvəl oxşar proqram Fransada da tətbiq edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür