Gürcüstanın maliyyə naziri Nodar Xaduri treyderlər və kriptovalyuta maynerlərin vergitutma haqqında qanun layihəsini imzaladı. FED.az xəbər verir ki, qanun layihəsi iyunun 28-dən qüvvəyə minib. Qanunda kriptovalyutalar əməliyyatları elektron formada aparılan rəqəmsal aktivlər kimi ifadə edilir. Rəqəmsal aktivlərlə əməliyyatları həyata keçirən fiziki şəxslər və şirkətlər treyderlər kimi tanınır.
Qanuna əsasən treyderlər krito-aktivləri milli və ya xarici valyutaya dəyişdiyi zaman əlavə dəyər vergisindən (ƏDV) azaddırlar. Eyni zamanda, bu cür əməliyyatlar üçün yalnız fiziki şəxslər gəlir vergisindən azad edilirlər.
Maynerlər ölkə xaricində qeydiyyatdan keçdikləri təqdirdə ƏDV-dən azad ediləcək. Həmçinin qanunda qeyd edilir ki, bitcoin və ya digər rəqəmsal aktivlər daxili bazarda ödəniş vasitəsi kimi istifadə edilə bilməz. Gürcüsatn ərazisində yeganə ödəniş vasitəsi ancaq yerli valyuta olan laridir. Bu qanun layihəsinə əsasən Gürcüstan MDB ölkləri arasında fiziki şəxsləri kriptovalyuta əməliyyatları üzrə gəlir vergisindən azad edən ilk ölkə oldu.
Gürcüstan kripto-treyderləri vergidən – AZAD ETDİ
17:53
6 İyul 2019