İyulun 14-də Bakı Fond Birjasında (BFB) «TBC Kredit» BOKT MMC-nin istiqrazları satışa çıxarılacaq.
FED.az xəbər verir ki, bu gün BFB-nin Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 1 milyon maat olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Ayın 14-də isə istiqrazların satışı üzrə hərrac keçiriləcək.
İstiqrazlar 2 illik müddətə buraxılır, illik gəlirliyi 12%-dir, faizlər 6 aydan bir ödəniləcək.
İstiqrazların emissiya prospektini – yəni şərtlərini və istiqrazı buraxan şirkətin vəziyyətini əks etdirən sənədi BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxlma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2006019163 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
1,000 (ədəd) |
1,000 AZN |
14.07.2022 |
12% |
2 il |
Hər 6 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.