“Günay Sığorta” ASC-nin listinqdə saxlanılan qiymətli kağızları delistinq edilib.
“Günay Sığorta” kreditorlarına - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasından bildirilib. Qeyd edilib ki, Listinq Komitəsi tərəfindən BFB-nin “Qiymətli kağızların listinqdə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydalarının 3.5-ci bəndinə uyğun olaraq “Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır”. “Günay Sığorta” ASC-nin lisenziyası könüllü ləğv olunması səbəbindən “Bakı Fond Birjası” QSC tərəfindən AZ1001008346 ISIN kodlu listinqdə saxlanılan qiymətli kağızlarının delistinq proseduruna başlanılıb.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.